İsmayıllı-Bakı magistralında çətin anlar-Fotolar

media-hightechnic-468x90

4686895ebdfc15ccd05e221af5925cc8ghnİsmayıllıya yağan qar magistral yolda nəqliyyatın hərəkətində problemlər yaradıb.

İsmayıllı-Bakı magistral yolunun Zərgəran kəndi ərazisində yol səthini qar örtüb. Nəticədə 10-dan çox maşın yolda qalıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev isə bildirib ki, qar yağmasına baxmayaraq, respublikanın avtomobil yollarında buzlaşma hələlik qeydə alınmayıb.

K.Əliyev Muğanlı-İsmayıllı yolunda qar və güclü külək olduğunu bildirib: “Göstərilən istiqamətdə yolun hər an buzlaşa biləcəyini nəzərə olaraq o istiqamətdə hərəkət edən sürücülərə diqqətli olmağı və hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edirik”(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600