İsmayıllı-Qəbələ yolunda dəhşətli qəza: ÖLƏNLƏR VAR

media-hightechnic-468x90

e6919a91c91b4c449039a4e99475f90eBu gecə İsmayıllı rayonunda dəhşətli yol qəzası baş verib.

İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndindən keçən hissəsində “Mercedes” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Alıyev Asim Müsavər oğlu, sərnişinləri, 1983-cü il təvəllüdlü Mürsəlov Uğur Bünyat oğlu və 1987-ci il təvəllüdlü Həlimov Elbrus Elman oğlu aldıqları ağır xəsarətlərdən vəfat ediblər.

Məlum olub ki, ölənlərin hamısı Qəbələnin Vəndam kənd sakinləridir. Onlar Bakıdan rayon istiqamtinə hərəkət edirmiş və yüksək sürətlə hərəkət edən avtomobil döngədə idarəetmədən çıxaraq aşıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600