İsmayıllıda TOYDA DAVA düşdü: Bəy bıçaqlandı, atası öldü

media-hightechnic-468x90

İsmayıllıda şadlıq saraylarının birində keçirilən toy mərasimində mübahisə düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Azvision.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib.

Onun sözlərinə görə, mübahisə zəminində bəy Abuzər Tahirli və onun qardaşı İlkin Tahirli bıçaqlanıb:

“Hadisəni törədən şəxsin İsmayıl şəhər sakini Hafiz Ağazadə olduğu müəyyən olunub. Onun saxlanılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır. Bəyin atası Nəriman Səfərəliyev isə hadisədən sonra ürək tutmasından vəfat edib”.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600