!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İspan şirkətindən Azərbaycana qarşı təxribat

!Reklam – Yazi

126220_res_01İspaniyanın “Gikron” şirkəti dünya siyasi mənzərəsinin 5000 min il ərzində necə dəyişməsi haqqında xüsusi interaktiv xəritə hazırlayıb.

Şirkətin saytında yerləşdirilən yeni xəritədə bütün dünya dövlətləri və onların sərhədləri haqqında məlumat verilib.

Maraqlı orasıdır ki, şirkətin hazırladığı xəritədə Azərbaycan və Yaxın Şərq tarixi ilə bağlı bir sıra təhriflərə yol verilib. Məsələn, Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin olduğunu qəbul edən şirkət yeni xəritəsində Səfəvi türk dövlətinin adını Persia kimi təqdim edir.

Üstəlik, qədim dövr tarixində Ermənistanın eradan əvvəl 189-cu ildə dənizdən-dənizə hakim olduğunu, bunun bizim erada da davam etdiyini göstərir.

Xəritənin başqa bir yanlışlığı Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan ərazisinin bir qismini Ermənistan, digər bir qismini isə İran torpağı kimi göstərməsidir. Üstəlik, eyni dövrdə Zaqatala, Şəki, Balakən və Qax əraziləri Gürcüstan torpaqları kimi təqim edilib.(milli.az)

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv