İspaniya elektrik böhranında kiberhücumları İSTİSNA ETDİ

media-hightechnic-468x90

 

İspaniyanın milli elektrik şəbəkəsinin operatoru olan “Red Eléctrica de España” ölkədə baş verən kütləvi işıqsızlığın kibertəhlükə və ya qeyri-adi hava hadisələri ilə əlaqəli olmadığını bəyan edib.

Yenicag.az xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb.

Şirkətin istismar direktoru Eduardo Prieto keçirilən mətbuat konfransında bildirib ki, bazar ertəsi və çərşənbə axşamı Pireney yarımadasında baş verən enerji böhranı ardıcıl olaraq baş verən iki “generasiya itkisi” ilə əlaqədardır. Onun sözlərinə görə, ilk hadisə saat 12:32-də baş verib və sistem qısa müddətdə özünü bərpa edib. Lakin ikinci itki tam elektrik kəsintisinə səbəb olub.

Prieto qeyd edib ki, hadisənin dəqiq səbəbi araşdırılır, lakin ilkin məlumatlara əsasən, hadisə ölkənin cənub-qərb bölgəsində baş verib. Jurnalistlərin suallarını cavablandıran direktor bu generasiya itkisinə çox böyük ehtimalla günəş elektrik stansiyalarında yaşanan nasazlığın səbəb olduğunu bildirib.

Xatırladaq ki, yerli vaxtla saat 12:30 radələrində Priney yarımadası – İspaniya, Portuqaliya və Fransanın bəzi əraziləri işıqsız qalıb. Hadisə nəqliyyat, rabitə və ödəniş sistemləri daxil olmaqla bütün sahələrə ciddi təsir göstərib. Küçələrdə işıqforlar sönüb, metro və qatarların hərəkəti dayanıb, alış-veriş yalnız nağd pulla mümkün olub. İspaniya hökuməti fövqəladə vəziyyət elan edib. Portuqaliya və İspaniyada çərşənbə axşamı səhər saatlarında elektrik təchizatının bərpa edildiyi bildirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600