İspaniyada püskürən vulkanın vurduğu ziyanın MƏBLƏĞİ

media-hightechnic-468x90

İspaniyanın Palma adasında bir neçə gün əvvəl baş vermiş vulkan püskürməsinin vurduğu maddi ziyan 400 milyon dollardan çoxdur.

Yenicag.az-ın məlumatına görə, bunu Kanar adaları muxtar əyalətinin hökumət başçısı Anxel Viktor Torres deyib.

O bildirib ki, Palma adası hazırda fəlakət zonası elan olunub. İki gün sonra İspaniya kralı 6-cı Filippiin bölgəyə baş çəkməsi gözlənilir.

Qeyd olunur ki, hazırda vulkanın püskürdüyü lava kütləsi saatda 200 metr sürətlə sahilə doğru irəliləyir.

Xatırladaq ki, Palma adasında vulkan psükürməsi sentyabrın 19-da başlayıb. Hadisə nəticəsinə bölgədə 150-dən çox ev dağılıb, 6 minə yaxın sakin təxliyə olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa