Moskvanın İrəvan planı: “Seçkilər yaxınlaşdıqca, Moskvanın Paşinyan komandasına təzyiqləri artacaq”

media-hightechnic-468x90

“Seçkilər yaxınlaşdıqca, Moskvanın Paşinyan komandasını zəiflətmək üçün təsir imkanlarını genişləndirəcəyi gözlənilir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

media-elxansahinoglu

O, Ermənistanın regional normallaşma cəhdləri fonunda Rusiya amilli hibrid təhdidlər və seçkiöncəsi siyasi ittifaqların formalaşması barədə fikirlərini səsləndirib.

Politoloq bildirib ki, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan AŞPA-da etdiyi çıxışda Bakı ilə sülh razılaşması və Ankara ilə sərhədlərin açılması ehtimalını vurğulayıb, İrəvanın iki qonşu ilə münasibətlərin bərpasına inandığını bildirib.

“Bununla yanaşı, əsas risk mənbəyi kimi Moskva ön plana çıxır. Nazir iyun ayının əvvəlində keçiriləcək parlament seçkiləri ərəfəsində dezinformasiya, saxta məlumatlar və informasiya manipulyasiyalarının artacağını qeyd edərək, bu cür hibrid təsirlərə qarşı dayanıqlıq formalaşdırdıqlarını deyib.

Hakimiyyətə qarşı yönəlmiş bu qeyri-ənənəvi təzyiqlərin ünvanı bəllidir: Rusiya. Azərbaycan kimi Ermənistan da Kremlin informasiya hücumlarından zərər görür və müşahidələr bunu təsdiqləyir. Seçkilər yaxınlaşdıqca, Moskvanın Paşinyan komandasını zəiflətmək üçün təsir imkanlarını genişləndirəcəyi gözlənilir.

Bu kontekstdə Paşinyanın əsas rəqibi sayılan iş adamı Samvel Karapetyan ətrafında müxalif konsolidasiyası sürətlənir. Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin təmsilçisi Levon Zurabyan Karapetyanla vahid blok üçün danışıqlar aparıldığını açıqlayıb. Beləliklə, vaxtilə Qərbə meylli olan Ter-Petrosyan Kremlin dəstəklədiyi fiqura üstünlük verir.

Səbəblər sadədir: zəif müxalifət fonunda Paşinyanın elektoratını parçalaya biləcek real alternativ Karapetyandır və o, Rusiyada fəaliyyət göstərən “Taşir” qrupu vasitəsilə milyardlarla dollar maliyyə imkanına malikdir. Pul amili “qərbyönlü” siyasətçiləri bu ittifaqa cəlb edən əsas faktordur. Eyni səbəbdən Karapetyan blokuna Robert KöçəryanSerj Sərkisyan kimi sabiq prezidentlərin də qoşulması gözlənilir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa