Mərkəzi Bankın yeni baş direktoru kimdir? - DOSYE

media-hightechnic-468x90

Tural Hicrət oğlu Feyzullayev Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.

Yenicag.az-ın məlumatına görə, 36 yaşlı T.Feyzullayev Ağcabədi rayonunda anadan olub.

O, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2013-cü ildə Fransanın Tuluz Universitetini “Beynəlxalq və Avropa hüququ”, 2014-cü ildə isə həmin universiteti “Beynəlxalq biznes hüququ” ixtisasları üzrə magistr dərəcələri ilə bitirib.

Əmək fəaliyyətinə 2011-ci ildə “Azərsun Holding” MMC-də Araşdırma departamentində araşdırma mütəxəssisi vəzifəsi ilə başlayıb. 2015-2016-cı illərdə Mərkəzi Bankın Hüquq departamentinin Bank nəzarətinin hüquqi təminatı şöbəsində hüquq məsləhətçisi vəzifəsində işləyib. 2016-2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı hüquqşünas, böyük hüquqşünas, Hüquqi təminat idarəsinin rəisi vəzifələrində işləyib.

2018-ci ilin noyabr ayında Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 2020-2021-ci illərdə Mərkəzi Bankın Hüquq departamentində direktor müavini – Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində çalışıb. 2021-2022-ci illərdə “AccessBank” QSC-də Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində işləyib.

2021-ci ildə Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub. 2022-2025-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri vəzifəsində işləyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa