Bu ölkə Melaniya Trampın filmindən imtina etdi

media-hightechnic-468x90

30 yanvarda Cənubi Afrika kinoteatrlarında nümayiş olunması planlaşdırılan Melaniya Tramp haqqında sənədli filmin premyerası ləğv edilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Cənubi Afrika xəbər agentliyi “News 24” məlumat yayıb.

“Mövcud vəziyyətə görə, film artıq ölkəmizdə yayımlanmayacaq”, – deyə “Filmfinity” distribütor şirkətinin satış rəhbəri nəşrə bildirib.

O, filmin Cənubi Afrikada nümayişindən tamamilə imtina edilməsinin şərhini verməkdən imtina edib.

ABŞ-nin birinci xanımı haqqında filmin Cənubi Afrikadakı eksklüziv yayım hüquqları “Filmfinity”yə məxsusdur. Ölkənin ən böyük kinoteatr şəbəkələri filmi öz repertuarlarına daxil etsələr də, indi nümayişini ləğv etmək məcburiyyətində qalıblar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05