Vaşinqtonun "BÖYÜK OYUN" U: ABŞ İrana müdaxilə qərarını artıq verib – Bəs İsrail niyə gizlənir?

media-hightechnic-468x90

“ABŞ, müdaxiləni İran xalqının maraqları naminə həyata keçirdiyi görüntüsünü yaratmaqla daxili ictimai dəstək formalaşdırmağa çalışacaq”.

Bunu Yenicag.az-a açıqlamasında türkiyəli hərbi ekspert Eray Güçlüer deyib.

media-jsez2gzfqueurnjs0bjcggwsexokkzroy88budmk_825

O, İsrailin Baş naziri Benyamin Netanyahunun İranla bağlı Nazirlər Kabinetinin iclasını keçirməsi, həmçinin ABŞ və Yaxın Şərqdəki müttəfiqlərinin İranın mümkün qabaqlayıcı hücum ehtimalına qarşı hazırlıq tədbirləri görməsi fonunda gərginliyin pik həddə çatması ilə böyük müharibə ehtimalından danışıb.

Hərbi ekspert bildirib ki, yüksək ehtimalla ABŞ İrana hərbi müdaxilə edəcək:

“Bu hücumun əsas səbəbi isə birbaşa İranın özü deyil. Məqsəd İranın Çinlə olan strateji əlaqələrini kəsmək, eyni zamanda ölkənin gücünü və resurslarını nəzarət altına almaqdır. ABŞ-nin İrana hücum edəcəyi ehtimalı olduqca yüksəkdir. Artıq qərarın verildiyi təəssüratı yaranır. Mövcud mərhələdə Vaşinqtonun bu plandan geri çəkilməsi çətin görünür.

İkinci mühüm məqam İsrailin prosesdə iştirakı ilə bağlıdır. İsrail hücumda birbaşa iştirak etməyəcək. Çünki İsrailin aktiv rolu İran daxilində ictimai reaksiyanın ABŞ əleyhinə güclənməsinə səbəb ola bilər. ABŞ isə müdaxiləni İran xalqının maraqları naminə həyata keçirdiyi görüntüsünü yaratmaqla daxili ictimai dəstək formalaşdırmağa çalışacaq.

Üçüncü məqam ABŞ-nin hərbi strategiyasıdır. Pentaqonun hesabatlarında da qeyd olunduğu kimi, məqsəd sürətli və az xərcli əməliyyat həyata keçirməkdir. Bu isə klassik, konvensional müharibə üsullarından deyil, asimmetrik metodlardan istifadə olunacağı anlamına gəlir.

Bu strategiya çərçivəsində ölkə daxilində kəşfiyyat fəaliyyəti, sui-qəsdlər, sabotajlar və agent şəbəkələri vasitəsilə əməliyyatların aparılması, eyni zamanda müxtəlif ictimai qrupların rejimə qarşı hərəkətə keçirilməsi nəzərdə tutulur. Proseslərə müdaxilə edən əsas güc strukturlarının, xüsusilə İnqilab Keşikçilərinin (SEPAH) hədəfə alınması ilə həm hərbi, həm də sosial-siyasi nəzarətin təmin olunacağı kompleks modelin tətbiq ediləcəyi ehtimal olunur”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa