Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi olub

media-hightechnic-468x90

 

Rusiya və Ukrayna həlak olmuş hərbçilərin meyitlərinin mübadiləsini həyata keçirib. 

Yenicag.az  xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski öz teleqram kanalında açıqlayıb.

Ölmüş hərbçilərin növbəti mübadiləsinin İstanbul razılaşmaları çərçivəsində baş tutduğu bildirilir.

Medinskinin sözlərinə görə, mübadilə çərçivəsində Ukrayna tərəfinə 1000, Rusiya tərəfinə isə 38 ölmüş hərbçinin meyiti verilib.

Xatırladaq ki, bundan əvvəl sonuncu mübadilə ötən il noyabrın 20-si baş tutub. Həmin vaxt Rusiya Ukraynaya 1000 hərbçinin meyitini təhvil verib, əvəzində 30 hərbçinin meyitini almışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa