İsrail ABŞ ilə “göbək bağı”nı NİYƏ KƏSDİ? – ŞƏRH

media-hightechnic-468x90

“İndiyədək İsrailin İrana qarşı raket zərbələri nəticəsində cəmi 10 gün ərzində 400-dən çox insan qətlə yetirilib”.

Bunu Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Uotson deyib.

Siyasi təhlilçi İsrail və ABŞ-nin hədəfə aldığı İranın nüvə bazalarının məhv edilməsi nəticəsində yarana biləcək kataklizmi şərh edib.

Onun sözlərinə görə, İsfahandakı nüvə obyektinin bombalanması isə guya İranın nüvə bombası istehsalının qarşısını almaq məqsədi daşıyır:

“Əslində isə İsrail terror taktikalarına əl atır. O, İranı bombalayaraq təslim olmağa məcbur etmək istəyir və artıq ABŞ ilə olan “göbək bağı”nı kəsərək, azad şəkildə, təcavüzkarlığını cilovlayacaq heç bir məhdudiyyət olmadan, uzun müddətdir düşməni saydığı İrana qarşı hərəkətə keçib. Hətta Prezident Tramp belə İsrailə qarşı açıqlama verib”.

“Ötən həftə Cenevrədə keçirilən sülh danışıqları heç bir nəticə vermədi. Hazırda yeganə ümid, Qətər kimi Qərblə güclü əlaqələri olan islam ölkələrinin tərəflər arasında vasitəçi kimi çıxış etməsidir. Çünki vəziyyət getdikcə daha təhlükəli səviyyədə müharibə ritorikasına və aqressiyaya sürüklənir”, – deyə o, fikirlərini yekunlaşdırıb

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600