İsrail Azərbaycan üçün hərbi gəmilər hazırlayacaq
“IHS Jane’s 360” ixtisaslaşmış jurnalı İsrailin Azərbaycana hərbi-dəniz donanmasını möhkəmləndirməkdə yardım etməsi barədə məlumat dərc edib.
“İsrail sudoverfi” şirkəti Azərbaycana 6 “Shaldag Mk V” nəzarət kateri və 6 “Saar 62” raket kateri çatdıracaq. Katerlər Azərbaycanın Sahil Mühafizəsində xidmət edəcək.
Qeyd edək ki, katerlərin yığılma prosesi Bakının Türkan qəsəbəsində yerləşən, 100 mütəxəssisin çalışdığı yeni gəmiqayırma zavodunda həyata keçiriləcək. Məlum olduğu kimi, zavodda ikinci dərəcəli sərhədyanı gəmilərin yığılması işi gedir.
Jurnal xatırladır ki, hələ iyul ayında S301 və S302 nömrəli “Shaldag Mk V” katerlərinin şəkilləri dərc edilib.