İsrail Livanın cənubunu yenidən VURDU
İsrail Livanın cənubuna hava hücumları təşkil edib
Yenicag.az xəbər verir ki, İsrail ordusu Livanın cənub bölgələrinə növbəti hava hücumları həyata keçirib.
Livanın rəsmi “NNA” xəbər agentliyinin yaydığı məlumata görə, İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Nəbatiyyə vilayətinin Bint Cibeyl bölgəsində yerləşən Ayta əl-Şaab qəsəbəsindəki tütün sahələrinin yaxınlığını hədəfə alaraq hava zərbəsi endirib. Hücum nəticəsində tələfat qeydə alınmayıb.
Digər bir hücum isə Tir şəhərinin Əl-Mənsuri qəsəbəsinə təşkil olunub. Bildirilir ki, PUA hücumu zamanı bir livanlı gənc yaralanıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, İsrailin Livanla sərhəd ərazilərində həyata keçirdiyi son hücumlar bölgədə gərginliyin daha da artmasına səbəb olub.