İsrail səfirliyinin önündə bıçaqlı şəxs SAXLANILDI

media-hightechnic-468x90

Londonda yerləşən İsrail səfirliyinin yaxınlığında bıçaqlı bir şəxs saxlanılıb. Onun terror aktına hazırlıq və soyuq silah gəzdirməkdə ittiham olunacağı bildirilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Hadisə aprelin 29-da – bazar ertəsi günü baş versə də, Britaniya polisi bu barədə yalnız çərşənbə günü, aprelin 30-da açıqlama verib. Polisin məlumatına görə, 33 yaşlı Abdullah Sabah Əl-Bədri adlı şəxs səfirliyin ərazisinə daxil olmağa cəhd edib.

Ona qarşı terror aktına hazırlıq və qanunsuz silah saxlama maddələri üzrə ittiham irəli sürülüb. Hazırda məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbirinin seçilməsi gözlənilir.

Londondakı polis hadisə ilə bağlı başqa şübhəli şəxsin olmadığını və cəmiyyət üçün daha geniş təhlükənin yaranmadığını bildirib.

İsrailin Böyük Britaniyadakı səfirliyi isə bəyanat yayaraq, “Britaniya təhlükəsizlik orqanlarının çevik reaksiyası sayəsində mümkün terror aktının qarşısının alındığını” qeyd edib:

“Britaniya təhlükəsizlik xidmətlərinə səfirliyin təhlükəsizliyini təmin etmək üçün göstərdikləri operativ reaksiya və davam edən səylərə görə minnətdarıq. İsrail səfirliyi heç bir terror təhdidi ilə qorxudula bilməz”, – deyə diplomatik nümayəndəlik bildirib.

Xatırladaq ki, ötən bazar günü Londonda keçirilən marafon zamanı aksiyaya müdaxilə edən bir qrup Fələstin tərəfdarı da saxlanılmışdı. Həftə ərzində isə İsveçdə üç yeniyetmə İsrail şirkətinin ofisinə hücum etdiklərinə görə təqsirli biliniblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600