İsraildən Ankaraya qarşı “soyqırımı” KARTI – Bakının reaksiyası NECƏ OLACAQ?

media-hightechnic-468x90

“Məsələnin mahiyyəti ondadır ki, İsrail özünü soyqırımına məruz qalmış hesab edir, buna görə təzminat alır və soyqırımı məsələsini önəmli sayır. Elə buna görə də həmin “soyqırımı”nı tanıyır”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

media-ceyhun6-1

Millət vəkili İsrailin Baş naziri Benyamin Netanyahunun müxbir Patrik Bet-Deyvidlə müsahibə zamanı ermənilərə və yunanlara qarşı törədilən “soyqırımları” rəsmi Təl-Əvivin tanımasını ifadə etməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Onun sözlərinə görə, burada digər vacib məqam isə ondan ibarətdir ki, bu gün İsrail-Türkiyə münasibətləri heç də hamar deyil və yaxın vaxtlarda düzələcəyi ehtimalı çox azdır:

“Münasibətlərin daha yüksək səviyyəyə qalxacağı da inandırıcı görünmür. Ona görə də bu proseslərin açıq-aşkar İsrail tərəfindən irəli aparıldığını müşahidə edirik. Bu gün fərqli bir mövqeyi İsraildən gözləmək, məncə, sadəlövhlük olardı”.

Deputat sonda əlavə edib ki, Bakı-Təl-Əviv münasibətlərə gəldikdə isə vəziyyət fərqlidir:

“Azərbaycan heç bir dövlətlə əlaqələrini başqa dövlətin həmin ölkə ilə münasibətinə görə qurmur. Buna görə də bizi hansısa formada ittiham etmək və ya xələl gətirmək doğru olmaz. İsrail-Türkiyə münasibətlərində hər zaman gərginlik olub və bundan sonra da olacaq. Azərbaycan isə bu gərginliyin azaldılması üçün çalışacaq. Prosesin mahiyyəti də məhz bundan ibarətdir və biz bu məsələni belə qiymətləndirməliyik”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa