İsrailin “druz kartı” OYUNDA – Suriya yenidən “barıt çəlləyi”nə DÖNÜR

media-hightechnic-468x90

“Suriyada qarşıdurmanın dərinləşməsi, ümumilikdə regionda proseslərin idarəolunmaz hala gəlməsinə səbəb ola bilər”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşirli deyib.

media-elsadmirbesiroglu1

O, İsrailin Suriyaya zərbələr endirməsinin səbəblərini şərh edib.

Politoloq bildirib ki, İsrailin müdafiə naziri bu hücumları Suriya ilə İordaniya sərhədlərində, yəni Suriyanın cənub bölgəsində druzlar ilə hökumət qüvvələri arasında qarşıdurma vəziyyətində birincilərə dəstək məqsədilə həyata keçirildiyini əsaslandırıb:

“Yəni İsrail bu hücumları Suriyada yaşayan etnik azlıq olan Dürzilərə dəstək məqsədilə etdiyini bildirib. Hesab edirlər ki, hazırkı yeni rejim – yəni Bəşər Əsəd rejiminin devrilməsindən sonra formalaşmış müvəqqəti siyasi rejim druzların başlamış olduqları inteqrasiya prosesini dayandırıb. Rəsmi Dəməşqin druzlara münasibətdə sərt mövqe sərgilədiyi qeyd olunur və İsrail tərəfi bu etnik azlığın yanında olacağını, hökumət qüvvələri ilə qarşıdurmada onları dəstəkləyəcəyini bəyan edib”.

Onun sözlərinə görə, şübhəsiz ki, bu cür addımlar onsuz da kifayət qədər həssas və kövrək olan təhlükəsizlik vəziyyətini daha da gərginləşdirir:

“Suriyada münaqişə potensialının onsuz da kifayət qədər yüksək olaraq qaldığını və ümumilikdə Yaxın Şərq bölgəsinin sözün əsl mənasında barıt çəlləyini xatırlatdığını nəzərə almaq lazımdır. Müxtəlif istiqamətlərdə münaqişə ocaqlarının qızışdırılması və eskalasiyası regionda vəziyyəti daha da təhlükəli hala gətirir. Bununla yanaşı, İsrail ilə Fələstin arasında da kəskin münaqişə vəziyyəti davam edir. 14 iyulda İsrail tərəfindən yenidən hücum həyata keçirilib. Humanitar yardım almağa çalışan mülki şəxslər arasında itkilər olub və 78 nəfər həlak olub”.

“Suriyada hökumət qüvvələrinə qarşı bir etnik azlığın dəstəklənməsi onsuz da kəskin olan regional münaqişə vəziyyətini daha da eskalasiyaya aparır. Bu baxımdan, əgər İsrail regionda sabitliyin təmin olunmasında həqiqətən maraqlıdırsa, birinci növbədə, iştirakçısı olmadığı münaqişələrdə destruktiv deyil, konstruktiv dialoqu dəstəkləməlidir. Yalnız bu halda Suriyada da daha etibarlı sabitliyin təmin olunması mümkün ola bilər. Suriyada qarşıdurmanın dərinləşməsi, ümumilikdə regionda proseslərin idarəolunmaz hala gəlməsinə səbəb ola bilər”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600