İsrailin ifşa edilən GİZLİ PLANI – Bu dövlətlərin ərazisini İSTƏYİR

media-hightechnic-468x90

 

“Əgər müsəlman ölkələrinin rəhbərləri indiki kimi bir-birini didən, ağılsız, tamahkar olsalar, İsrail istədiyinə nail olacaq”.

Bu fikri İsrailin Suriyada hərbi əməliyyatlara başlamaq yönündə atdığı addımlar və gözlənilənləri Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

O, bildirib ki, İsrail böyümək üçün hər addımı atacaq:

“Hər şey torpağın sahibindən asılıdır. Bundan əlavə, Suriya dövləti, onun müttəfiqləri və onların gücü həlledici olacaq. İsrail çox şey istəyir. İsrail Suriyanın, İraqın, Səudiyyə Ərəbistanının, İranın ərazisini istəyir. Onların gözü doymur, gücləri də var. Qarşılarındakı rəqibləri də dağınıq, pərakəndə, iradəsi olmayan, gələcəyi görə bilməyən hakimlərdir. Əminəm ki, əvvəl-axır İsrail öz cəzasını alacaq. Ancaq bunun gec-tezi var. İsrailin qarşısındakı müsəlman xalqları ağıllı olsalar, İsrailin süqutu sürətlənəcək, yox, əgər indiki kimi bir-birini didən, ağılsız, tamahkar olsalar, İsrail istədiyinə nail olacaq. Hər halda, 70-ci illərdən başlayaraq ABŞ-nin, Qərbin köməyi ilə müsəlman dünyasını diz çökdürülər. İsrail ilkin mərhələdə SSRİ-nin köməkliyi ilə istədiyinə nail olurdu”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600