!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrailin İrana cavab zərbələri – ABŞ hansı addımları atacaq?

!Reklam – Yazi

“ABŞ-nin bundan sonrakı əsas fəaliyyəti problemin daha da böyüməməsi üçün İrana qarşı istiqamətlənəcək”.

Bunu Yenicag.az-a açıqlamasında Vaşinqtonun tələblərini yerinə yetirməyən Tel-Əvivi hansı cəzanın gözlədiyi ilə bağlı fikirlərini səsləndirən politoloq Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, ABŞ və İsrail bir-biri ilə yaxın dövlətlərdir. Yəni ABŞ-nin atılacaq hər bir addımdan xəbəri var.

“İran İsrailə raket zərbələri endirdiyi üçün qarşılıq veriləcəyi gözlənilən idi. Lakin müəyyən məsləhətləşmələr vacib idi. ABŞ əvvəlcədən İranın bəzi obyektlərinə zərbə vurulmasına öz etirazını bildirmişdi. Söhbət İranın nüvə obyektləri və neft bazalarından gedirdi. Bunu nəzərə alan İsrail məhz hərbi obyektləri hədəf aldı. İddia olunur ki, İranın hərbi potensialına ciddi zərbə vurulub”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, üzdə müəyyən narazılıqlar ifadə olunsa da, bu, heç bir halda, ABŞ-İsrail münasibətlərinə təsir edə bilməz.

“Çünki Tel-Əviv Vaşinqton üçün xüsusi əhəmiyyətə malik olan tərəfdaşdır. Eyni zamanda, İsrail lobbisinin ABŞ-də nə qədər böyük gücə malik olduğu da hər kəsə məlumdur.

Bir sözlə, İsrailin İrana raket zərbələri ABŞ-də normal qarşılanacaq və hansısa cəza tədbiri görülməyəcək. Yalnız üzdə olan fikir ayrılıqlarından başqa, onlar arasında hansısa ciddi problemin olması mümkünsüzdür. ABŞ-nin indidən sonrakı əsas fəaliyyəti problemin daha da böyüməməsi üçün İrana qarşı istiqamətlənəcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

139
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv