İsrailin Moskvadakı səfirliyi fəaliyyətini dayandırdı
İsrailin Moskvadakı səfirliyi konsulluq xidmətlərini dayandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İsrailin Rusiyadakı səfiri Simona Qalperin brifinq zamanı bildirib: “Biz bu gün və ya sabah səfərləri qəbul etmirik, konsulluq şöbəsi hazırda qəbul üçün açıq deyil. Amma biz bunu gündəlik nəzərdən keçirəcəyik. Və ümid edirəm ki, tezliklə konsulluq xidmətlərini bərpa edə biləcəyik”. /unikal