İsrailin öldü elan etdiyi iranlı general Qaani Tehranda GÖRÜNTÜLƏNDİ
İsrailin ölümünü elan etdiyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı, general-mayor İsmayıl Qaaninin sağ olduğu və Tehranda görüntüləndiyi məlum olub.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “SonDakika” xəbər portalı yayıb.
Məlumata görə, 13 iyun 2025-ci il tarixində İsrailin hava hücumları nəticəsində həlak olduğu iddia edilən Qaani, Tehranda təşkil olunan rəsmi nümayişlərdə və qələbə şənliklərində iştirak edib. Sosial şəbəkələrdə yayılan görüntülərdə onun mühafizəçilərlə əhatələndiyi və vətəndaşlarla söhbət etdiyi açıq şəkildə görünür.
İranın dövlət xəbər agentliyi IRNA sözügedən videonu “İsrailin 12 günlük təcavüzündən sonra general Qaaninin ilk görüntüləri” başlığı ilə yayımlayıb.
Xatırladaq ki, Qaaninin ölüm xəbəri bir sıra beynəlxalq media orqanlarında geniş müzakirələrə səbəb olmuşdu. Onun canlı şəkildə görüntülənməsi isə bu iddiaların əsassız olduğunu ortaya qoydu.
Göycə Göycəyev