İşsiz Xalq artistini TEATRA QAYTARDILAR: “Nəfəs ala bilmirdim”

media-hightechnic-468x90

Xeyli müddət idi ki, tamaşaçılarından uzaq düşən və işsiz qalan Xalq artisti, tanınmış aktyor Valeh Kərimov uzun illərdən sonra yenidən Sumqayıt Dövlət Dram Teatrının səhnəsinə qayıdıb.

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında aktyorun özü deyib. O, teatrın direktoru Samir Şəfiyevin dəvəti ilə yenidən kollektivə qoşulduğunu bildirib:

“Səhnədən kənarda çox çətin günlər yaşadım. Çünki bir aktyor səhnədən uzaqda sudan çıxarılmış balığa bənzəyir  nəfəs ala bilmir. Mən də səhnəsiz nəfəs ala bilmirdim, depressiya içərisində çapalayırdım. Artıq tamaşaçılarımla yenidən qovuşmuşam. Çoxları məni görəndə deyir ki, ‘ay Valeh, nə olub, üzündə güllər açır, xoşbəxt görünürsən?’. Cavab verirəm ki, teatra qayıtmışam. Bura gələndən bəri rəngim-ruhum açılıb, elə bil dünyanı mənə veriblər. Martın 10-da uzun ayrılıqdan sonra tamaşaçılarımla baş-başa qalacağam”.

Onu da öyrəndik ki, ustad sənətkar tamaşaçıların qarşısına tanınmış tatar dramaturqu Taufiq Minullinin “Ərmağanlı Əlməndər” əsəri əsasında səhnələşdirilən “Sonuncu qonaq” komediyası ilə çıxacaq.

Tamaşanın quruluşçu rejissoru və baş rolun ifaçısı Xalq artisti Valeh Kərimovun özüdür.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05