İstanbul Aydın Universiteti Türkiyədə İlin Universiteti seçildi-Foto
Mükafatı İstanbul Aydın Universitetinin Mütəvəlli Heyət Başçısı Mustafa Aydına Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkci təqdim edib
Türkiyənin nüfuzlu beynəlxalq aylıq iqtisadiyyat və iş dünyası jurnalı “Ekovitrin” “İlin Ulduzları” Mükafatının növbəti qaliblərini açıqlayıb. Artıq 14-cü dəfədir baş tutan mükafat mərasimi İstanbul WOW Hotel Convention Center-də gerçəkləşib. Editor.az xəbər verir ki, 500-ə yaxın qonağın qatıldığı “İlin Ulduzları” Mükafat Mərasimində Avropa ölkələrindən, türkdilli respublikalardan, Orta Şərq və Türkiyədən iş, siyasət, təhsil və sənət dünyasından əhəmiyyətli adlar bir araya gəlib.
Mərasimdə Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekci “İlin naziri”, Hatay Böyükşəhər Bələdiyyə Başçısı Lütfü Döyüş, “İlin Bələdiyyə Başçısı”, Türkiyə İhracatçılar Məclisinin sədri Mehmet Büyükekşi “İlin Peşə Təşkilatı rəhbəri” və digərləri təltif olunub.
“İlin Universiteti” adına isə İstanbul Aydın Universiteti layiq görülüb. Mükafatı İstanbul Aydın Universitetinin Mütəvəlli Heyət Başçısı Mustafa Aydın və rektor Yadigar İzmirliyə Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkci təqdim edib.
Keçirilən sorğulara əsasən İstanbul Aydın Universiteti bu mükafata yüksək təhsil göstəricilərinə görə layiq görülüb.(Editor.az)