Futbol üzrə Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilir.
Yenicag.az xəbər verir ki, turun ilk qarşılaşmasında “Trabzonspor” “Alanyaspor”u qəbul edib. Bol qollu qarşılaşma gözlənilməz nəticə ilə başa çatıb. Öncə ardıcıl 3 qol vuran meydan sahibləri qalan dəqiqələrdə 4 top buraxaraq meydanı məğlub tərk ediblər.
Həftənin mərkəzi görüşü ikinci oyun günündə baş tutub. İstanbul nəhəngləri – “Fənərbaxça” və “Beşiktaş” Şükrü Saracoğlu stadionunda münasibətlərinə aydınlıq gətiriblər. İki penaltinin, 5 qırmızı vərəqənin qeydə alındığı oyunda qələbəni meydan sahibləri bayram ediblər.
Türkiyə Super Liqası
6-cı tur
22 sentyabr
“Trabzonspor” – “Alanyaspor” 3:4
Qol: Y.Kuçka, 10. B.Yılmaz, 21; 32-pen. – V.Lav, 45; 68; 82. J.Fernandes, 55.
23 sentyabr
“Konyaspor” – “Akhisar” 2:0
Qol: Şahiner, 18. Eze, 73.
“Gənclərbirliyi” – “Başakşəhər” 1:0
Qol: Skuletiç, 90.
“Fənərbaxça” – “Beşiktaş” 2:1
Qol: Juliano, 20-pen. Yanssen, 86-pen. – Babel, 87.
Qırmızı vərəqə: Neto, 45. Köybaşı, 88 – Kuaresma, 43. Hatçinson, 85. Öğuzhan, 90.
24 sentyabr
15:00 “Karabükspor” – “Malatyaspor”
15:00 “Sivasspor” – “Göztəpə”
17:30 “Kasımpaşa” – “Kayserispor”
20:30 “Bursaspor” – “Qalatasaray”
25 sentyabr
21:00 “Antalyaspor” – “Osmanlıspor”
www.yenicag.az