!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda avtomobildəkilərə silahlı hücum edildi - FOTO

!Reklam – Yazi

Türkiyənin İstanbul şəhərində Haliç körpüsündə avtomobilə silahlı hücum edilib.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində avtomobilin arxa oturacağında əyləşən şəxs həyatını itirib, sürücünün yanındakı şəxs isə xəsarət alıb.

Sürücü maşını tərk edərək qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hücum edənlər maşını təxminən 50 metr aralıda qoyaraq qaçıblar. Hadisə yerindən 41 giliz aşkarlanıb. Fakt araşdırılır.

Hadisədən sonra Haliç körpüsünün Ədirnə istiqamətində orta yolu nəqliyyatın hərəkətinə tamamilə bağlanıb.

 

Mənbə: DHA

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv