İstanbulda Bayramovla Mirzoyan arasında görüş keçirildi - YENİLƏNDİ

media-hightechnic-468x90

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda “3+3” regional məşvərət platforması çərçivəsində görüş keçirilib.

Bu barədə Yenicag.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.

Tərəflər Türkiyənin qonaqpərvərliyini təqdir ediblər.

***19:24

“3+3” regional məşvərət formatının iclası çərçivəsində Türkiyənin İstanbul şəhərində Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Müqavilə üzrə Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa