!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda PKK-ya qarşı milyonların mitinqi: “Ey cici uşaq sən kimi aldadırsan?” – Video, Fotolar

!Reklam – Yazi

40420İstanbulda Yeniqapı meydanında prezident Ərdoğan, TBMM sədri Yılmaz və baş nazir Davudoğlunun da iştirak etdiyi “Milyonlar Terrora Qarşı” mitinqi keçirilib.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, milyonlarla türkün iştirak etdiyi mitinqdə ilk olaraq Davudoğlu çıxış edib. Davudoğlu PKK və onun siyasi təmsilçilərinə meydan oxuyub.

“Bu meydanda biz burada türk və kürd olaraq qardaşçasına birləşdik.
Terror təşkilatına kürəyini dayananlara müraciət edirik, biz İstanbula, millətimizə, Diyarbəkir, Hakkari, orada yaşayan vətəndaşlarımıza belimizi dayamışıq. Heç kim bizim dayanacağımızı düşünməsin. Əməliyyatlarımız silahlar yerə qoyulana kimi davam edəcəyik.”

Prezident Ərdoğan isə çıxışına Nəcib Fazilin ” İstanbul” şeirinin misraları ilə başlayıb.

“Terrorla mübarizədə olan təhlükəsizlik qüvvələrimizə və məmurlarına millətim adından minnətdarlığımı bildirirəm. Terror təşkilatlarının təzyiqlərinə təhdidlərinə baxmayaraq, vətənimizin bütövlüyü üçün səbr edən bütün qardaşlarıma, Allah sizlərdən razı olsun deyirəm. Hazırkı birliyimiz daimi olsun.

İnsanların ən xeyirlisi insanlara ən faydalı olanıdır. Bizim prinsipimiz budur . Biri çıxıb deyir ki, bayrağa hücum var. Daha nə olacaqdı? Yalan üzərində inşa etdiyiniz bir dünyanız var. Zorla konqresinizdə bayrağımızı asdığımız zaman gəlib bayrağımızı endirməyə qalxdınız. İndi bəzi ağ türklərin dəstəyi ilə ayaqda qalmağa çalışırsınız. Bu işlər sazla cazla olmaz.

Bu bayrağın yerə düşməməsi üçün heç bir fədakarlıqdan çəkinmədik.. Kim ki bu bayrağa sahib çıxırsa bax, o, millidir, yerlidir, Türkiyəlidir. Kim ki yan gözlə baxırsa o, bu vətənlə da bu millətlə də bağlılığı qalmamış bir manqurtdur. Açıq deyirəm, bu gün millətimizin qarşısında kim varsa, dünən Malazgirtdə də onlar vardı. Bu gün millətimizin qarşısında kim varsa, Qurtuluş Müharibəsində də onlar vardı. Zaman dəyişdi, adlar dəyişib, amma məqsədləri dəyişməyib.

Qardaşlarım, mənim sizlərdən bir xahişim var. 1 Noyabr seçkiləri gəlir. Bu seçkilərdə, tarixi bir qərar istəyirik. Mən davamlı olaraq muxtarları Ankaraya dəvət edirəm. Bu yaxınlarda cənub-şərqdən muxtarları dəvət etdik. 90-a yaxın muxtar təhdid altında olduğu üçün gələ bilmədilər. Ey cici uşaq, sən kimi aldadırsan? ( HDP lideri Demirtaşı nəzərdə tutur:red) Televiziya ekranlarında kimi aldadırsan”?

Qeyd edək ki, mitinqə, HDP-dən başqa bütün siyasi partiyalar dəvət olunub.

 

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv