!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda “Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin təqdimatı - FOTO

!Reklam – Yazi

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) və Azərbaycan Respublikası Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çəçivəsində 6-7 dekabr, 2018-ci il tarixində Türkiyənin İstanbul şəhərində “Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin təqdimatını həyata keçirib layihənin ölkə hüdudlarından kənara ilk təqdimatı reallaşıb.

Yenicag.az xəbər verir ki, tədbir Türkiyənin İstanbul Aydın Universiteti və Yeni Yüzyıl Universitetlərində, universitet rəhbərliyinin və tələbələrin, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun, Azərbaycan Respublikası Gənclər fondunun təmsilçiləri, ictimayyət nümayəndələri və KİV təmsilçiləri qatıldığı tədbirdə hər iki ölkənin dövlət himinləri səsləndirilib, Qarabağda qətl edilən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının (AGAT) sədri Lalə Mehdiyeva üç dildə, Azərbaycan, Rus və İnlis dilində hazırlanan sayt haqqında tədbir iştirakçılarını məlumatlandırıb, internetə bağlanaraq proqramın telefonlara yükləmə formasını, istifadə qaydasını vidyogörüntülər vasitəsiylə göstərib . Proqramda Dağlıq Qrabağ münaqişəsinin tarixi, Qarabağın tarixi keçmişi, milli adət-ənənələri, mədəniyyəti, tarixi memarlıq abidələri haqqında ətraflı məlumatlar yerləşdirilib, Ermənistanın apardığı işğalçılıq siyasəti, Xocalı soyqırımı haqqında fotolar və videolar təqdim olunub.

Tədbirdə Azərbaycanın İstanbuldakı konsulu Yadulla Paşayev çıxış edərək “Karabakh” mobil tətbiqetməsinin müasir dövrümüzdə yeni texnologiyalar vasitəsilə ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edərək Qarabağ tarixi və həqiqətləri barədə məlumat verdi.

Növbəti çıxış edən İstanbul Yeni Yüzyıl Universitetinin hüquq fakültəsinin dekanı professor Cəlal Erbay Azərbaycan və Türkiyə arasındakı tarixi dostluq, qardaşlıq və strateji tərəftaşlıq münasibətlərinə diqqət çəkərək, müasir dövürdə gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib. O, vurğulayıb ki, türk dünyası həqiqətlərinin dünya içtimayyətinin diqqətinə çatdırılması işində gənclər müasir texnalogiyaların imkanlarından maksimun faydalanmalıdırlar.


Daha sonra çıxış edən Azərbaycan Respubikası Gənclər Fondunun təmsilcisi Mübariz Qədirov təmsil etdiyi qurumun Dağlıq Qarabağ həqiqətlərinin təbliği istiqamətindəki bütün layihələri dəstəklədiklərini diqqətə çatdırıb. O, bildirib ki, Qarabağ molib tətbiqetmısinin Türkiyə universitetlərində təqdimatı layihənin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çıxışçılar tarixçi Aygün Həsənoğlu, Yeni Yuzyıl Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Şehmuz Ortakaya, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, Gənc Mavera Fondunun sədri İsmayıl Haqqı Şenər layihənin əhəmiyyətinə diqqət çəkərək, mobil tətbiqetmənin informasiya savaşına önəmli tövhələr verəcəyini qeyd ediblər.

Hörmətlə,
AGAT katibliyi

www.yenicag.az

3915
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv