İstanbulda qasırğa fəsadlara yol açıb

media-hightechnic-468x90

67294Türkiyənin İstanbul şəhərində dünən baş verən qasırğa ciddi fəsadlara səbəb olub. Güclü külək şəhərin Eyüp bölgəsində evlərin damlarını uçurub. Damların və evlərin dağıntıları yollara səpələndiyindən, bir çox yollar bağlanıb və bu səhər nəqliyyatın hərəkəti çətinləşib.

Yenicag.az xəbər verir ki, bəzi yaşayış evlərinin qarşısına düşən dağıntı parçaları sakinlərin evlərdə təcrid olmasına səbəb olub.

Sakinlər dünən əsən güclü küləyin gecə qasırğaya çevrildiyini və dağıntıların cəmi 10 dəqiqə ərzində baş verdiyini bildiriblər.

Hazırda İstanbulun Eyüp bölgəsində qasırğanın fəsadları aradan qaldırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600