İstanbulda gözlənilən çovğunla əlaqədar 142 təyyarə reysi təxirə salınıb.
Təxirə salınan reyslər arasında Azərbaycanın paytaxtı Bakıya nəzərdə tutulan uçuş da var.
Türk Hava Yollarının (THY) rəsmi səhifəsində yerləşdirilən elanda bu barədə qeyd edilib: “Hörmətli sərnişinlər, İstanbulda dekabrın 30-da başlayacaq qar yağışı 31-də güclənəcək. Bu səbəblə də İstanbul Atatürk və Sabiha Gökçen Hava limanlarından yüklənməni azaltmaq üçün aşağıdakı reyslər təxirə salınıb”.
30 dekabr – Atatürk hava limanı – xarici uçuşlar Bişkek, Sofiya, Tehran, daxili uçuşlar Ankara, Konya, Amasya.
31 dekabr – Sabiha Gökçen hava limanı – daxili uçuşlar Ankara, Trabzon, Konya, Diyarbakır, Erzurum, İzmir, Antalya.
31 dekabr – Atatürk hava limanı – daxili uçuşlar Mardin, Elazığ, Ağrı, Iğdır, Van, Sivas, Erzurum, Muş, Batman, Mardin, Adıyaman, Amasya, Sinop, İzmir.
31 dekabr – Atatürk aeroportu – Almatı, Kabil, Bəsrə, Milan, Bakı, Venesiya, Hamburq, Münhen, Brüssel, Batman, Düsseldorf, Kazan, Naxçıvan, Gəncə, Sürix, Riqa, Tiflis, Bişkek, Ulan Bator, Köln, Təl Əviv, Lissabon, Tallin, Ştuttqart, Küveyt, Rotterdam, Oslo.
Sərnişinlərdən uçuşdan öncə hava alimanlaçrı ilə əlaqə saxlamaq xahiş edilib.
Türkiyədə son 10 ilin ən güclü çovğunu barədə xəbərdarlıq edilib. Meteorologiya idarəsi havanın temperaturunun 15 dərəcə düşəcəyini, Sibir soyuqlarının müşahidə ediləcəyini açıqlayıb. Güclü qar yağışı müşahidə ediləcək.
İstanbul bələdiyyəsi ehtiyac olmadıqca şəxsi maşınlarla yola çıxmamağı, təkərlərə zəncir taxılmalı olduğu, elektrik, su və istilik sistemlərinin kəsintisinə hazır olmaq, yaşlı uşaq, ürək və ağciyər xəstəlikləri olanları mümkün qədər havaya çıxarmamaq barədə xəbərdarlıq edib.
Hər ehtimala qarşı buzlaşan yollarda istifadə üçün yol kənarlarına 25 kq-lıq kisələrdə 40 ton duz qoyulub.(Ans)
www.yenicag.az