İstehlakçılara ödənilən ƏDV-nin məbləği açıqlandı

media-hightechnic-468x90

“ƏDV geri al” layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi cari ilin yanvar-mart ayları ərzində 46 milyon 88,3 min manatdan çox olub.

Dövlət Vergi Xidmətindən Yenicag.az-a verilən məlumata görə, “ƏDV geri al” layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin yanvar-mart ayları ərzində qaytarılan həcmi 8 milyon 59,8 min manat təşkil edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600