!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstidə baş ağrısı: Səbəbləri və çarəsi

!Reklam – Yazi

Xroniki problemlərdən biri olan başağrısı orqanizmdən asılı olaraq hər insanda özünü fərqli formalarda göstərir.

Yenicag.az xarici KİV-ə istinadən xəbər ki, nevroloq Vasili Generalov isti havalarda baş ağrılarının səbəblərindən və xoşagəlməz simptomlarla mübarizə üsullarından danışıb.
Onun sözlərinə görə, isti havada baş ağrılarının səbəblərindən biri damarların daralması ola bilər:
“Venoz axını pozulmuş və zəif damarları olan insanlar yüksək hava temperaturunda baş ağrıları hiss edə bilərlər. Vəziyyəti yaxşılaşdırmaq üçün qəhvə və ya çay içmək lazımdır. Bu, qan axını yaxşılaşdıracaq və xoşagəlməz simptomları aradan qaldıracaq”.
Nevroloq qeyd edib ki, isti havalarda baş ağrılarının digər səbəbi susuzluq ola bilər. Yüksək tərləmə səbəbiylə bədən çoxlu maye itirir. Buna görə də isti havalarda bol, təmiz su içmək çox vacibdir.
“Susuzluq və bol tərləmə baş ağrılarına səbəb ola bilər. Qanın tərkibində su var. Dehidrasiya baş verərsə, eritrositlər kapilyarlardan keçərkən bir-birinə yapışmağa başlayır və oksigen mübadiləsi ləngiyir, toxuma hipoksiyası baş verir”, – deyə o bildirib./konkret.az/

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv