İstilər nə vaxta kimi davam edəcək?

media-hightechnic-468x90

i66Ölkə ərazisində günəşli, isti hava şəraiti yaxın 3 gün ərzində də müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 31-da hava günəşli olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 35-38, bəzi yerlərdə isə 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 31-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq(aznews).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600