İstirahət günü hava necə olacaq?

media-hightechnic-468x90

1473492574336291000x669İstirahət günü, sentyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında isə əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa