“İsveç NATO-nun 32-ci dövləti olacaq” – Stoltenberq

NATO-nun Baş katibi Yens Stoltenberq İsveçin Şimali Atlantika Alyansına qəbul edilməsinə dair protokolun Macarıstan parlamentinin ratifikasiyasını alqışlayıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı NATO-nun mətbuat xidməti bəyanat yayıb.

“Mən Macarıstan parlamentində İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etmək üçün səsverməni alqışlayıram”, – deyə Stoltenberq bildirib.

Onun sözlərinə görə, İsveç NATO-nun 32-ci dövləti olacaq./Qafqazinfo/