!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsveçrədə “Ərdoğana casusluq edən” polis həbs olunub

!Reklam – Yazi

İsveçrədə həbs olunan türk əsilli yol polisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün casusluqda ittiham edilir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 37 yaşlı yol polisi Y.K.-nin prezident Ərdoğanın əleyhdarları barəsində məlumat toplayıb, ötürdüyü iddia olunur.

Qeyd edilir ki, Bazel Regioanl Polis İdarəsi Y.K. haqqında vəzifədən sui-istifadə və rəsmi məlumatları, sənədləri kənara sızdırmaq ittihamı ilə cinayət işi başlayıb.

Məlumata görə, məsələ Avropada fəaliyyət göstərən və Tükiyənin hakim partiyası AKP-yə yaxınlığı ilə seçilən UETD təşkilatı üzvünün 3 il əvvəl təşkil olunan bir tədbirdə çəkilmiş fotoşəkli mətbuatda dərc etdirməsindən sonra aktuallaşıb.

Bildirilir ki, Y.K. həm də Bazel Regioanl Polis İdarəsinin kompüterlərindəki məxfi məlumatları UETD rəhbərlərinə ötürüb. İddia edilir ki, sözügedən qurumun təmsilçiləri AKP iqtidarına müxalifətdə olan şəxslər haqqında məlumatları Türkiyə səfirliyinin vasitəsilə Ankaraya çatdırıblar.

Yeniçağ.Az

www.yenicag.az

699
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv