İtaliya nəhəngi "Real"ın oyunçusunu bu qiymətə alır - Məbləğ

media-hightechnic-468x90

Madrid “Real”ının yarımmüdafiəçisi Lukas Vaskes karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Yenicag.az xəbər verir ki, məlumatı insayder Canluka Di Martsio sosial şəbəkə hesabı vasitəsilə yayıb.

Mənbənin məlumatına görə, “Yuventus” 31 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Turin təmsilçisi artıq “kral klubu” ilə danışıqlara başlayıb. Madridlilər Vaskesi 6-8 milyon avroya buraxmağa hazırdır.

Lukas Vaskes “Real”ın yetirməsidir. 31 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun “kral klubu” ilə müqaviləsinin müddəti 2024-cü ilin iyun ayına qədərdir.

//fanat.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600