İtaliya və Fransadan Bakıdakı faciə ilə bağlı başsağlığı

Fransa və İtaliyanın Bakıdakı səfirlikləri bu gün Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə hər iki səfirliyin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi yazıb.

İtaliya səfirliyinin açıqlamasında bunlar qeyd olunub: “Səfirliyin bütün işçi heyəti İtaliya dövləti adından dünyasını dəyişənlərin ailələrinin hüznünə qoşulur”.

Fransanın Azərbaycandakı səfirliyi də Azərbaycan xalqına başsağlığı verib: “Bu səhər Bakı şəhərində Narkoloji Mərkəzində 25 nəfərin həlak olması ilə nəticələnən güclü yanğın haqqında xəbər aldıq. Fransanın Azərbaycandakı səfirliyi həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

COP29