Reklam: High Technic
hightechnic

İtaliyada göldə boğulan Elnurun səs yazısı - VİDEO

İtaliyada – Albano gölündə boğularaq dünyasını dəyişən azərbaycanlı tələbə Elnur Babayevin ölümündən əvvəl çəkilən son kadrlar ortaya çıxıb.

Kadrlar ATV telekanalında yayımlanan “Bizimləsən” verilişində göstərilib. Kadrları telekanala Elnurun atası təqdim edib. O, oğlunun ölümündə onun otaq yoldaşından şübhələndiyini bildirib.

Xatırladaq ki, hadisə 2 iyunda Kastel Qandolfo şəhərindəki Albano gölündə baş verib.

Qeyd edək ki, evin tək oğlu olan E.Babayev Roma Universitetində Politologiya fakültəsinin magistraturasında 2-ci kurs tələbəsi olub. O, Azərbaycanda isə Bakı Avrasiya Universitetində təhsil alıb./a24.az/

www.yenicag.az

7345