!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtaliya sərhədləri açmağı planlayır

!Reklam – Yazi

İtaliya hökuməti ölkəyə girişə və çıxışa qoyulmuş məhdudiyyətləri iyunun 3-dən etibarən ləğv edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat ölkənin Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib.

Bildirilir ki, 3 iyun 2020-ci ildən etibarən ölkənin müxtəlif regionları arasında hərəkətə, həmçinin, xaricdən gəlişə məhdudiyyətlər yalnız 25 mart 2020-ci il tarixli qanuna əsasən qəbul edilmiş dövlət tədbirləri ilə tətbiq oluna bilər.

Hərəkət qadağası və karantin qaydalarına riayət tələbi COVID-19 yoluxması təsdiq edilmiş şəxslər üçün qüvvədə qalır. İnfeksiyaya yoluxmuş şəxslərlə əlaqədə olanlar üçün də analoji məhdudiyyətlər qalmaqdadır.

Bununla bərabər, sərhədlər açılandan sonra İtaliyaya xaricdən gələnlərin karantinə alınıb-alınmayacağı barədə məlumat verilmir.

COP29

www.yenicag.az

758
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv