İtalyan ekspertdən Azərbaycanla bağlı etiraf

media-hightechnic-468x90

img1788711“Bu gün Azərbaycan Avropaya yeganə alternativ qaz tədarükçüsüdür”.

Yenicag.az xəbər verir ki, bunu trend-ə açıqlamasında İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Ettore Qreko bildirib.

Onun sözlərinə görə, Avropaya potensial qaz tədarükü strateji infrastrukturun mövcudluğunu tələb edir: “Və bu cür infrastrukturun yaradılması üzrə real işi hazırda yalnız Azərbaycan aparır”.

İnstitut direktoru qeyd edib ki, Avropaya digər regionlardan qaz nəqli ilə bağlı müəyyən problemlər var: “Türkmənistandan qaz nəqli üçün Transxəzər boru kəmərini inşa etmək lazımdır, amma Xəzərin statusu ilə bağlı uzanan müzakirələr layihənin gerçəkləşməsinə əngəl törədir. Bundan başqa, Türkmənistan öz qazının böyük hissəsini Çinə ixrac edir. Şərqi Aralıq dənizi bölgəsindən də (İsrail, Kipr) qaz nəqli ehtiyatların az olması səbəbindən problematikdir”.

E.Qreko əlavə edib ki, Avropada şist qazının hasilatı üzrə mövcud layihələr də dondurulub: “Ona görə də Azərbaycan hazırda yeganə alternativ qaz tədarükçüsü sayıla bilər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600