İtkin düşmüş alpinistlərin axtarışları davam edir - FHN

media-hightechnic-468x90

“Gilavar” – hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələr və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.

Hava şəraitinin istiləşməsi və qarın tədricən əriməsi ilə əlaqədar olaraq axtarış tədbirləri intensivləşib.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa