İTV Yayım Şurasına yeni üzvlər seçildilər

media-hightechnic-468x90

Bu gün Milli Məclisdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

Yenicag.az-ın xəbərinə görə, layihəyə əsasən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Həsən Cəfərov (AHİK-in katibi) və Əzim Talıbov (AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin katib), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Teymur Kərimli (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru) və Sərxan Xavəri (AMEA Rəyasət Heyətinin elmi katibi), Mətbuat Şurası Azər Həsrət (Mətbuat Şurası İdarə Heyətinin üzvü) və Aqil Ələsgərin (Mətbuat Şurası İdarə Heyətinin üzvü) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədliyini irəli sürüb.

Məsələ səsverməyə çıxarılıb və Həsən Cəfərov, Teymur Kərimli və Azər Həsrət İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600