!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İzmirdə Türk Balkan Media Forumu keçirildi - Aqil Ələsgər iştirak etdi - FOTOLAR

!Reklam – Yazi

Türkiyənin İzmir şəhərində Türk Balkan Media Forumu baş tutub.

Yenicag.az xəbər verir ki, Türk İnternet Media Birliyi (TİMBİR) və Balkan Stratejik Araşdırmalar Mərkəzinin (BASAM) təşkilatçılığı ilə baş tutan forum ölkənin Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr Baş İdarəsinin dəstəyi ilə keçirilib.Foruma İzmir vilayət rəhbəri Süleyman Əlban, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin regional şöbəsinin rəhbəri Çingiz Qutlu, TİMBİR sədri Süleyman Basa, BASAM rəhbəri Rifat Səid, Azərbaycan Mətbuat Şurasının və TİMBİR-in İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Diaspor” İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili və 12 ölkədən yüzə yaxın media mənsubu qatılıb.

Forumu açıq elan edən TİMBİR sədri Süleyman Basa Türk Balkan Media Birliyi Platformasının qurulması ilə bağlı qərar verdiklərini bildirib. Türk dünyasının media birliyinə diqqət çəkən Süleyman Basa Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən xüsusilə bəhs edib. O, Vətən müharibəsinin media birliyinin zəruriliyini ortaya qoyduğunu qeyd edib.Forumda çıxış edən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər türk dövlətləri arasında media sahəsində əməkdaşlıqla yanaşı, birlikdə hərəkət etmənin önəmini vurğulayıb. Noyabrda İstanbulda Türk Xəbər Agentlikləri Media Zirvə görüşünün keçirildiyini xatırladan Aqil Ələsgər burada Türk Xəbər Agentlikləri Alyansının yaradılması qərarının qəbul edilməsinin türk dövlətlərinin mətbuat tarixində yeni mərhələ başlatdığını qeyd edib. Azərbaycan İkinci Qarabağ müharibəsində informasiya sahəsində də savaşdığını bildirən Media Qrup rəhbəri Türk Balkan Media Birliyi Platormasının qurulması qərarının başda Azərbaycan olmaqla, beynəlxalq qurumlar tərəfindən qaralama kampaniyası yürüdülən ölkələrin haqq səsini dünyaya çatdırmaq üçün önəmli konsepsiya olduğunu vurğulayıb.Digər çıxışçılar da türk dövlətləri mətbuatı arasındakı əlaqələrin inkişaf etdirilməsi, informasiya sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi, dezinformasiyaya qarşı savaşda birliyin təmin edilməsi kimi məsələlər ətrafında fikirlərini səsləndirib, təkliflər irəli sürüblər.

Forum ümumi müzakirələrdən sonra xatirə fotosunun çəkdirilməsilə başa çatıb.

COP29

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv