Jurnalistin anası təhdid olunur

media-hightechnic-468x90

stop-pressBu günlərdə əldə etdiyimiz məlumata görə Teref.info saytının müxbiri Xəyalə Zakir qızi Əmirovanın anası Səadət Məmmədova  təhdid edilmişdir. Belə ki Səadət xanımın Xocahəsən qəsəbəsindəki evinə gələn polis və mülki geyimli şəxslər  Xəyalə xanımın harada olmağı ilə maraqlanıblar.

Xəyalə xanımın evdə olmadığını eşidən mülki geyimli şəxslər onun anasının evinə zorla girərək evdə axtarış aparıblar.

Verilən məlumatda deyilir ki,  bu hadisədən 1 ay öncə Xəyalə xanımin yaxin qohumlarının da evində sirf Xəyalə xanima görə axtarış aparılmışdır.

Bu hadisəylə bağlı Xəyalə xanımın anası ilə və onun işlədiyi Tərəf info qazeti ilə iləqə saxladiq. Teref.info qazetinin əməkdaşları hadisəni təsdiqləməklə yanaşı bu olayin Səadət xanimla bağli ilk dəfə olmadığınıda vurğuladı. Bildirdilər ki, Xəyalə xanim qazetin araşdırmaçı müxbiri olmuşdur. Bu peşə fəaliyətinə görədə dəfələrlə polis və mülki geyimli şəxslərin təhdid və hədəsi ilə üzləşmişdir. O da vurğulandı ki, hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlasalar da, zənglərinə cavab verən olmamışdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600