Jurnalistlərin mükafatlanmasında Mətbuat Şurasına üzvlük rol oynayacaq?

media-hightechnic-468x90

Aflatun_Amashov_021009_4g“Mətbuat Şurasının üzvü olub-olmaması əhəmiyyət kəsb etmir”- Əflatun Amaşov

 Bildiyimiz kimi, mətbuatın yaranma tarixinin 140 illiyi ilə bağlı olaraq Azərbaycanda xidmətləri olan jurnalistlərin mükafatlandırılacaq. Görəsən, bu zaman mükafatlandırma prosesi hansı əsaslarla həyata keçiriləcək? Jurnalistin çalışdığı orqanın Mətbuat Şurasına üzv olub-olmaması meyar kimi qəbul ediləcəkmi?

Mətbuat Şurasının sədri Əflatun Amaşov Yenicag.az-a açıqlamasında qara siyahıda olan mətbu orqanların müraciət edə bilməyəcəyini söylədi. Eyni zamanda bildirdi ki, bu zaman mükafata layiq görülən insanın çalışdığı mətbu orqanln MŞ-nın üzvü olub-olmaması əhəmiyyət kəsb etmir: “Jurnalistlərin mükafatlandırılması prosesində birmənalı qaydada əksini tapan məqamlar vardır. Mətbuatın 140 illiyi ilə bağlı olan birinci məsələ tədbirlərin keçirilməsidir. Prezident Adminstrasiyası, Mətbuat Şurası, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müxtəlif regionlarda tədbirlər təşkil edəcək. Eyni zamanda, belə bir tədbir Bakıda da olacaq. Həmçinin, ayrı-ayrı jurnalistlərin əməyi qiymətləndiriləcək. Bu zaman redaksiyalar, jurnalist təşkilatları, jurnalistikanın inkişafında xidməti olan insanların namizədliyini müstəqil olaraq verə bilər. Ancaq Mətbuat Şurası olaraq düşünürük ki, jurnalistikanın inkişafında daha çox xidmətləri olan insanları müəyyənləşdirək. İş stajı 30-40 il olan və yada düşməyən insanlar var. Mətbuat Şurası çalışacaq ki, bu sayaq insanları müəyyənləşdirib, onlara mükafatları təqdim edək. Bu zaman onların çalışdığı mətbu orqanın MŞ-nın üzvü olub-olmaması meyarı əsas götürülməyəcək. Əlbəttə ki, bu zaman Mətbuat Şurasının qara siyahısında olan mətbu orqanlar müraciət edə bilməz”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600