Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kabildə PARTLAYIŞ - 34 ölü, 68 yaralı

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış paytaxtın diplomatik nümayəndəlik və səfirliklər yerləşən məhəlləsində qeydə alınıb. Milli Müdafiə Nazirliyinin də həmin ərazidə yerləşdiyi qeyd edilir.

Şahidlər partlayışdan sonra atışma səsləri də eşidib.

Hadisə nəticəsində 34 nəfər ölüb. 68 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yeri təhlükəsizlik və polis qüvvələri tərəfindən mühasirəyə alınıb.

Həmçinin qeyd olunur ki, Qazi stadionu yaxınlığında baş vermiş partlayışda yerli futbol federasiyasının 16 üzvü xəsarət alıb.

www.yenicag.az

3527