!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kafedə çalışan qadını bıçaqladı - Polis onu axtarır

!Reklam – Yazi

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə 3 mkr bazarı adlanan ərazinin yaxınlığında yerləşən kafelərdən birində baş verib. Kafedə işləyən 28 yaşlı Məhərrəmova Ramiyyə Nazim qızı ilə tanışı arasında mübahisə düşüb. Mübahisə zamanı tanışı Ramiyyə Məhərrəmovanın sifət nahiyyəsinə bıçaqla xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Yaralını iş yoldaşları xəstəxanaya çatdırıblar. Ona tibbi yardım göstərilib. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.

Hadisə barədə xəstəxanadan Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinə məlumat verilib.

Polis hadisəni törədən şəxsin axtarışlarını aparır. Faktla əlaqədar araşdırmalara başlanılıb.

www.yenicag.az

3021
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv