Kallas: "Aİ ölkələri ümumi müdafiəyə kifayət qədər sərmayə qoymur"
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bir sıra Aİ ölkələrinin ümumi müdafiəyə kifayət qədər sərmayə qoymamasından təəssüfləndiyini bildirib.
Yenicag.az xəbər verir ki, Kallas bu barədə Afinada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüşündə danışıb.
“Yunanıstan artıq uzun müddətdir ki, ÜDM-nin 2%-ni müdafiəyə sərmayə qoyur, lakin təəssüf ki, Aİ-nin bütün ölkələri bunu etmir”, – Aİ-nin baş diplomatı bildirib.
“Ona görə də potensial boşluğunu doldurmaq üçün daha çox kollektiv iş görməliyik. Müdafiə investisiyalarını artırmalı, öz müdafiə sənayemizi inkişaf etdirməli və Ukraynaya dəstəyimizi gücləndirməliyik. Mən həmişə deyirəm ki, müdafiə rifahın alternativi deyil, əksinə, zəruri şərtdir”, – o əlavə edib.












