Kanada ABŞ-a buraxılmayan miqrantları qəbul etməyə hazırdır

media-hightechnic-468x90

Kanada ABŞ prezidenti Donald Trampın ölkəyə girişin məhdudlaşdırılması haqqında fərmanı ilə əlaqədar kənarda qalan miqrantlara müvəqqəti sığınacaq verməyə hazırdır.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin immiqrasiya işləri üzrə naziri Əhməd Hüseynə istinadən “Reuters” məlumat yayıb.

Onun sözlərinə görə, Trampın fərmanının nəticələri Kanada üçün minimal olub.

ABŞ prezidenti Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600